"Real Madrid"in cinah hücumçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır.
Xəbərə görə, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalı üçün "Real"a 230 milyon avro ödəməyə hazırdır. "Sambaçı"nın özünə isə 200 milyon avro dəyərində 5 illik müqavilə təklif ediləcəyi vurğulanıb.
Sözügedən oyunçunun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Son mövsümdə 39 matçda iş başında olan Vinisius 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.