Fransalı yüngül atlet Saşa Çjoya Olimpiya Oyunlarının açılışında şalvar yox, ətək geyinəcəyini bəyan edib.
Fanat.Az xəbər verir ki, Çjoya bu barədə "France 2" telekanalı vasitəsi ilə yayımlanan sənədli filmdə danışıb:
"Federasiya qərarımla razılaşdı. Qadınların şalvar geyinməsinə icazə verilirsə, bizim də açılış mərasiminə ətəklə qatılmaq seçimimiz olmalıdır. 2024-cü ildir, nə istəsək, onu da geyinə bilərik.
Mən baletlə maraqlanıram. Bilmirəm, bizim aramızda baletlə maraqlanan idmançılar çoxdur, ya yox, amma bunun nə dərəcədə kömək etdiyini bilsəydilər, çoxları bu incəsənət növünə gələrdilər".
Çjoya 20 yaşadək idmançılar arasında 60 və 110 metrlik məsafələrə maneələrlə qaçış üzrə dünya rekordçusudur. Hazırda 22 yaşı olan Saşa 2023-cü ildə keçirilən dünya çempionatında 110 metrlik məsafəyə maneələrlə qaçış üzrə yarışda 6-cı yeri tutub.
Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da baş tutacaq.
Nihat