"Zenit"in braziliyalı futbolçusu Mario Fernandesin agenti Jorje Maşadu müştərisinin Rusiya klubunu tərk edəcəyi ilə bağlı informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "sportsdaily.ru"ya danışan Maşadu rəhbərliklə yeni anlaşma ilə bağlı razılığa gələ bilməyən müdafiəçinin gedəcəyini açıqlayıb:
"Bəli, Fernandes "Zenit"dən ayrılacaq".
Xatırladaq ki, 33 yaşlı Fernandes 2023-cü ilin yayında qoşularaq 2+1 illik müqaviləyə imza atıb. 2017-2021-ci illər aralığında Rusiya millisində də çıxış edən "sambaçı" ötən mövsüm Sankt-Peterburq klubunda 18 oyuna çıxıb.
Nihat