Paris-2024 Yay Olimpiya Oyunlarının məşəlini kimin daşıyacağı bəllidir.
Fanat.Az AFP-yə istinadən xəbər verir ki, bu iş amerikalı repçi və aktyor Snup Doqqa həvalə edilib.
O, iyulun 26-dakı açılış mərasimindəki missiyasını yerinə yetirəndən sonra NBC telekanalı üçün işləyəcək.
Xatırladaq ki, Paris-2024 26 iyul - 11 avqust aralığında baş tutacaq.
Nihat