Türkiyənin "Fənərbağça" klubu "Sevilya"nın hücumçusu Yussef En-Neserini heyətinə qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu tibbi müayinədən keçmək üçün bu gün İstanbula yollanacaq.
Qeyd edək ki, mərakeşli oyunçu 2020-ci ildən "Sevilya"da çıxış edirdi. Geridə qalan mövsümdə Əndəlüs təmsilçisinin forması ilə 41 matça çıxan Yussef 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı forvardın transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat