"Real Madrid"in sabiq yarımmüdafiəçisi Xose Kalyexon İspaniyanın 4-cü liqa təmsilçisi "Marbelya"ya keçib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
37 yaşlı futbolçu müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, son mövsümdə "Qranada"nın formasını geyinən Kalyexon La Liqada 25 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.
Nihat