"Barselona" İspaniya millisinin və "Atletik Bilbao"nun vingeri Niko Uilyamsla şifahi razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Aaron Dominges şəxsi "X" hesabı üzərindən yayıb.
Xəbərə görə, hazırda keçidin detalları dəqiqləşdirilir.
Daha öncə tanınmış insayder Fabritsio Romano Uilyamsın agentinin "Barselona"nın idman direktoru Deku ilə görüşdüyünü açıqlayıb.
Sözügedən oyunçunun "Atletik"lə olan müqaviləsindəki sərbəst qalma məbləği 58 milyon avrodur. Onun Bilbao təmsilçisi ilə anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat