Rumıniya milli komandasının baş məşqçisi Edvard İordenesku tutduğu vəzifədən istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Anlaşmanın iki illik uzadılması variantına baxmayaraq, İordeneskunun AÇ-2024-dən sonra başa çatan müqaviləsini yeniləmədiyi bildirilir. Mütəxəssis və federasiya əməkdaşlığı davam etdirmək barədə razılığa gələ bilməyib.
Xatırladaq ki, AÇ-2024-də Rumıniya yığması 1/8 finala yüksələrək burada Niderlanda məğlub olub.