2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Kamil Nurəhmədovla 2 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu "Sumqayıt"da 11 nömrəli formanı geyinəcək.
2011/12 mövsümündə "Sumqayıt"da çıxış etmiş Kamil Nurəhmədov həmin mövsüm komandada ən çox oyun keçirmiş futbolçu olub. O, 32 turun hamısında meydana çıxıb. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla 2-ci ən sərrast futbolçu olub.
Qeyd edək ki, bu "Sumqayıt"ın heyətinə qatdığı 10-cu futbolçu olub. "Rəvan"dan Elvin Həsənəliyevlə Ceyhun Cavadovu, "Xəzər Lənkəran"dan Orxan Əliyevi, "Qəbələ"dən Tərzin Cahangirovu gənclik şəhəri təmsilçisi Ruslan Poladovu (Simurq), Ramazan Abbasovu (Rəvan), Aqil Nəbiyevi (Rəvan), Tagim Novruzovu (Simurq), Təvəkkül Məmmədovu (Torpedo Armavir, Rusiya) və Tofiq Mikayılovu (Rəvan) transfer edib.
Fanat.az