22:29 24.07.2024 3769

"Sumqayıt"ı ictimaiyyətə yanlış məlumatlar verdiyinə görə qınayırıq"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Macarıstan "Fehervar"ı ilə üz-üzə gələcək "Sumqayıt"ın öz meydanında keçirəcəyi matçın hansı telekanal vasitəsi ilə yayımlanacağı futbolsevərləri düşündürən məqamlardandır. Bu gün ölkə mətbuatında "gənclik şəhəri" təmsilçisinin rəsmisi "CBC Sport" son anda yayımdan imtina etməkdə suçlayıb. Məsələ ilə bağlı sözügedən telekanalın mövqeyini öyrənmək istədik.

"CBC Sport"dan Fanat.Az-a verilən rəsmi açıqlama belə oldu:

"Bildiyiniz kimi, “CBC Sport” telekanalı ölkəmizdə UEFA-nın bayrağı altında keçirilən bütün klub yarışlarının - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərinin rəsmi yayımçısıdır. Bu yarışların yayım qaydalarına əsasən Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off, Avropa Liqası və Konfrans Liqasının isə ancaq qrup mərhələsindən etibarən oyunları rəsmi yayım hüququna malik telekanal yayımlayır. Başqa sözlə, bu mərhələlərə qədər təsnifat mərhələsinin matçlarının yayım hüquqları həmin yarışlarda iştirak edən klublara məxsusdur.

Bunu nəzərə alaraq, “CBC Sport” hər mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandalarımıza təsnifat mərhələsində oyunların yayımlanması və təşkili üçün rəsmi məktub ünvanlayır. Yola saldığımız mövsümdə “Qarabağ” (Çempionlar Liqasında), “Zirə” (Avropa Liqasında), “Sabah” və “Sumqayıt” komandaları isə (Konfras Liqasında) ölkəmizi təmsil etmək hüququna sahib çıxıblar. Bütün komandalarımıza uğurlar diləyirik və hər zaman onların yanında olub istənilən dəstəyi göstərməyə hazırıq. Lakin unutmayaq ki “CBC Sport” tək olduğu halda komandaların sayı 4-ə bərabərdir. Üstəlik, Avropa Liqası və Konfrans Liqasının oyunları bir çox halda eyni gündə və saat baxımından bir-birinə yaxın vaxtda keçirilir. Bu mənada biz yayımı təşkil edirik və bizə dost və yaxın olan həmkar telekanallara müraciət edirik. Çünki bütün qarşılaşmaların canlı göstərilməsini istəyirik. Lakin mövzudan uzaq olan bəzi klub rəsmiləri həqiqətə uyğun olmayan məlumatları mətbuatda paylaşaraq “CBC Sport”un nüfuzuna təsir edirlər. Bildirmək istərdik ki, bu nüfuzu 8 il ərzində peşəkar işimiz və ağır əməyimizlə qazanmışıq. Ona görə vəziyyətə aydınlıq gətirmək istərdik. Məsələ “Sumqayıt” futbol klubu ilə bağlıdır. Klub rəsmisi mətbuata “CBC Sport” haqqında yanlış məlumatlar sızdırır və telekanal haqqında səhv fikirlər formalaşdırır. Qeyd etmək istəyirik ki, iyulun 25-də keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununun çəkilişini “CBC Sport” komandası aparacaq. Yəni ev və cavab oyununun yayımı ilə bağlı bütün məsələləri “CBC Sport” həll edib. Stadiona gələcək və bizim heyəti çox yaxşı tanıyan, bizə həmişə dəstək olan “Sumqayıt” azarkeşləri özləri buna şahid olacaqlar. Başqa sözlə, biz verdiyimiz bütün öhdəlikləri yerinə yetirmişik. Yalnız oyunun bizim kanalda göstərilməsindən başqa. “İdman TV” telekanalının rəhbərliyi ilə danışıq apardıqdan sonra bu oyunu onlara ötürəcəyimizi bildirdik. “İdman TV” telekanalına bu əməkdaşlığa görə təşəkkür edirik. Qarşı tərəfin yeganə istəyi oyunu onların şərhçisinin aparması olub. Bunu da anlayışla qəbul etdik. Qeyd edək ki “Sumqayıt” – “Fehervar” oyunu günü digər komandamız “Zirə”nin Konfrans Liqasında oyunu baş tutacaq. Həmin görüşü biz çəkəcəyik. Məhz həmin oyun “CBC Sport”la canlı yayımlanacaq. Gördüyünüz kimi, hər iki oyunu bizim əməkdaşlar çəkirlər. Lakin yalnız bir matçı yayımlamaq mümkün olduğundan digər görüşü başqa telekanala ötürürük ki, futbol azarkeşləri hər iki oyunu canlı izləyə bilsinlər. Bir daha bildirmək istəyirik ki, amalımız və niyyətimiz Azərbaycan futboluna xidmət etməkdir. Bunun üçün də mümkün qədər bütün oyunları tamaşaçılara təqdim etmək üçün bütün gücümüzü sərf edirik.

“Sumqayıt” FK-nı ictimaiyyətə yalnış məlumatlar verdiyinə görə qınayırıq. Biz həmişə “Sumqayıt” FK-nı fikirləşmişik, digər qarşılaşmalarda olduğu kimi, onların oyunlarının yayımlarını da yüksək səviyyədə təşkil etmişik. Narazı qaldığımız məqamlar çox olsa da, bunu ictimayyətə çıxartmamışıq. Sadəcə, öz qeydlərimizi kluba bildirmişik. Çünki biz Azərbaycan futboluna yük olmaq deyil, kömək etmək istəyirik. İnanırıq ki, bütün bunlara azarkeşlər və futbol ictimaiyyəti tərəfindən obyektiv qiymət veriləcək. Sonda bir daha bütün komandalarımıza avrokuboklarda uğurlar arzulayırıq, təki onların hər biri mərhələni adlasınlar, biz isə bacardığımız qədər onların oyunlarını çəkib tamaşaçılara təqdim edək. Heç birindən heç nə gözləmədən və istəmədən! Çünki bu, bizim əsas prioritemizdir. Çünki biz onlara və Azərbaycan futbol ailəsinə xidmət edirik".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X