"Barselona" və "Mançester Siti" İngiltərə təmsilçisinin ötən mövsümü icarə əsasında Kataloniya klubunda keçirən müdafiəçisinin - Joau Kanselunun transferi ilə bağlı ortaq məxrəcə gələ bilmirlər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, "Barsa" "şəhərlilər"in tələb etdiyi məbləğdən az ödəmək istədiyi üçün danışıqlar müsbət məcrada yekunlaşmır. Mənbə Kanselu ilə "Milan", "Yuventus" və Səudiyyə Ərəbistanı klublarının maraqlandığını da diqqətə çatdırıb. Futbolçunun özünün alternativ variant olaraq İtaliya komandalarından birində oynamaq perspektivinə isti yanaşdığı vurğulanıb.
Xatırladaq ki, MS 30 yaşlı Kanselunu 2019-cu ilin avqustunda, 25 milyon avro qarşılığında "Yuventus"dan transfer edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Ötən mövsüm "Barselona" forması ilə 42 matça çıxan portuqaliyalı 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat