Ötən mövsümün yekunlarına əsasən Misli Premyer Liqasını tərk edən “Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qüvvəsini sınayacaq.
Görüş iyulun 31-də baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” bu gün təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.