"Aston Villa"nın və Fransa millisinin yarımmüdafiəçisi Mussa Diabinin "Əl-İttihad"a transferi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Daha öncə bu keçidin ərəblərə 60 milyon avroya başa gələcəyi ilə bağlı informasiyalar dərc edilmişdi.
Qeyd edə ki, 25 yaşlı Diabi müxtəlif vaxtlarda "Bayer Leverkuzen", "Krotone" və PSJ-nin də formasını geyinib. Son mövsümdə "Aston Villa"nın heyətində 38 matça çıxan futbolçu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat