"Nyukasl Yunayted"in sağ cinah müdafiəçisi Kiran Trippyer karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, 33 yaşlı Trippyer adı açıqlanmayan klubdan olduqca sərfəli təklif alıb. Mənbə İngiltərə millisinin üzvünün "sağsağanlar"dan ayrılmaq ehtimalının az olmadığını vurğulayıb.
Qeyd edək ki, Kiran 2022-ci ildən "Nyukasl"ın uğurları üçün çalışır. Ötən mövsüm "ağ-qaralar"ın forması ilə bütün turnirlərdə 39 oyuna çıxan futbolçu 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat