“Səbail” daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Dənizçilər” İsrailin “Hapoel Akko” klubunda çıxış etmiş Gitay Sofirlə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Sofir komandada 5 nömrəli formada çıxış edəcək.