Bilbao "Atletik"inin və İspaniya millisinin qapıçısı Unay Simon yeni mövsüm ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Bu mövsüm yenə İspaniya Kubokunu qazanacağıq. Bilirik ki, qalib ola bilərik. Turnirin başlamasını səbirsizliklə gözləyirik. Mübarizə aparmalı və finala çıxmağa çalışmalıyıq".
Xatırladaq ki, ötən mövsüm La Liqadakı mübarizəni 5-ci yerdə başa vuran "Atletik" Avropa Liqasında oynamaq hüququ qazanıb.
Nihat