Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sablyaçı 1/16 final mərhələsində Çin idmançısı Yang Hengyu ilə qarşılaşacaq.
Görüş iyulun 29-da baş tutacaq.
Qeyd edək ki, açılış mərasimi bu gün keçiriləcək Paris-2024 avqustun 11-də yekunlaşacaq.