Argentina millisinin hücumçusu Tyaqo Almada Yay Olimpiya Oyunlarının futbol turnirinin qrup mərhələsinin 1-ci turunda "Mərakeş"ə qarşı keçirdikləri matç (1:2) zamanı qarət edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı BFMTV yayıb.
Xəbərə görə, paltardəyişmə otağından Tyaqonun şəxsi əşyaları oğurlanıb. Mənbə futbolçuya 50 min avro dəyərində ziyan vurulduğunu açıqlayıb. Hadisənin araşdırıldığı bildirilib.
Nihat