Dünya futbolunun əfsanələrindən olan Ziko Parisdə qarət edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Le Parisien" yayıb.
Xəbərə görə, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan sabiq yarımmüdafiəçinin çantası oğurlanıb.
Xoşagəlməz olay iyulun 25-də, taksidə yaşanıb. Cinayətkarlardan biri sürücünün diqqətini yayındırıb, digəri isə 71 yaşlı veteranın çantasını götürərək hadisə yerindən qaçıb.
Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Əşyaların ümumi dəyəri 500 min avrodur. Hadisə ilə bağlı araşdırmalar aparılır.