Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib.
Fanat.Az xəbər verir ki, N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı belə danışıb:
“Bacardığımı etməyə çalışdım. Rəqibim iddialı idi. Bu, mənim ilk olimpiadamdır. İstər-istəməz həyacan var idi".
Qeyd edək ki, badmintonçu növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.