İtaliya millisinin və "Yuventus"un vingeri Federiko Kyesa Lindon "Arsenal"nın hədəfindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” artıq “qoca sinyora”ya futbolçunun transferi ilə bağlı sorğu göndərib. İngiltərənin vitse-çempionu Kyeza uğrunda mübarizədə Londonun digər klubu “Tottenhem”i üstələmək niyyətindədir. Hotspurlular italyan forvard üçün 30-35 milyon avro ödəməyə hazırdır.
Federiko ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Turin nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
Mirağa