"Bayer Leverkuzen"in hücumçusu Sərdar Azmun Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubuna keçib.
Fanat.Az xəbər verir ki, əmirlik təmsilçisi "Zenit", "Rubin" və "Rostov"un iranlı sabiq hücumçusunun transferini rəsmən açıqlayıb.
"Şabab Əl-Əhli" BƏƏ-nin ən titullu klublarından biridir: yeddiqat ölkə çempionu və səkkizqat kubokun qalibi.
"Bayer"in Azmunun keçidindən 5 milyon avro aldığı bildirilir.
29 yaşlı forvard ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. İyulun ortalarında "Bayer"ə qayıdan iranlı futbolçu baş məşqçi Xabi Alonso tərəfindən əsas komandanın məşqlərindən kənarlaşdırılmışdı.
Mirağa