"Turan Tovuz" bu gün iki futbolçu ilə müqavilə bağlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi Roderik Millerlə müqaviləni uzadıb. Panama millisinin də üzvü olan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz klubunda çıxış edəcək.
Miller "Turan Tovuz"un heyətində Misli Premyer Liqasında 32 oyun keçirib və 6 qol vurub.
Bundan başqa, "Turan Tovuz" gənc müdafiəçi İbrahim Ramazanovu heyətinə cəlb edib. Onunla bir illik müqavilə imzalnıb.
19 yaşlı futbolçunun son klubu "Qəbələ" olub.
Qeyd edək ki, "Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev, Rüfət Əhmədov və Araş Qadirini transfer edib, Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi və Xəyal Nəcəfovla isə müqaviləni uzadıb.