"Napoli"nin yarımmüdafiəçisi Mixael Folorunşo klubu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, razılaşmanı neapolluların mətbuat xidməti təsdiqləyib.
26 yaşlı futbolçu ilə 2029-cu ilin ortalarına qədər olan müddətə müqavilə imzalanıb.
Folorunşo ötən mövsüm icarə əsasında “Verona”da çıxış edib. Yarımmüdafiəçi son A Seriyasında 34 matçda 5 qol vurub və bir məhsuldar ötürmə edib.
Futbolçu hələ "Napoli"də debüt etməsə də, İtaliya millisində oynamağı bacarıb. Folorunşo bu ilin iyununda Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda debüt edib. AÇ2024-də isə Albaniya ilə qrup mərhələsinin oyununun sonunda meydana daxil olub.
Mirağa