Paris-2024 Olimpiadasının iki günündə medal qazanan ölkələrin sayı 28-ə yüksəlib.
Fanat.Az xəbər verir ki, medal sıralamasında Yaponiya liderliyi ələ alıb.
"Gündoğar ölkə" təmsilçiləri 4-ü qızıl olmaqla, 7 medal qazanıblar. Avstraliya asiyalılardan cəmi 1 bürünc medal geri qalıb.
İki gündə 12 medal qazanan ABŞ idmançıları 3-cü pillədə qərarlaşıblar. Amerikalıların medallarından cəmi üçünün əyarı qızıldır.