Vinger Duqlas Kosta "Fluminense" ilə əməkdaşlığa son qoyub.
Fanat.Az "Globo Esporte"yə istinadən məlumatına görə, 33 yaşlı futbolçunun müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Xatırladaq ki, Kosta daha öncə Donetsk "Şaxtyor"u, "Bayern Münhen", "Yuventus" və "Los-Anceles Qelaksi" klublarının formasını geyinib. O, yarım il oynadığı "Fluminense"də 22 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat