Müdafiəçi Rafael Varan İtaliyanın "Komo" klubuna keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Öncə klubun layihəsi ilə maraqlandım. Gördüm ki, bu layihə mənə təqdim edilən digərlərinə bənzəmir. Çox xoşbəxtəm. Çox iş görməliyəm. Yüksək səviyyəli oyun təcrübəm çoxdur. Təcrübəmi bölüşmək, klubun möhkəmlənməsinə və yüksəklərə qalxmasına kömək etmək istəyirəm. Bu, çox həyəcanvericidir".
Qeyd edək ki, Varan "Mançester Yunayted"dən azad agent qismində ayrılaraq "Komo"ya qoşulub və 2 illik müqaviləyə imza atıb. O, ötən mövsüm "qırmızı şeytanlar"ın forması ilə 32 matça çıxaraq 1 qol vurub.
Nihat