Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fanat.Az xəbər verir ki, yığmamızın lideri İsraildən olan idmançı Tohar Butbul ilə qarşılaşıb.
Hidayət rəqibini "qızıl xal"da üstələyərək növbəti mərhələyə - 1/4 finala adlayıb.
Onun növbəti rəqibi Artur Margelidon (Kanada) olacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.