Norveç Futbol Assosiasiyası VAR-dan imtina edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə TV2 məlumat yayıb.
Mənbənin məlumatına görə, məsələ 2025-ci ilin martında keçiriləcək futbol konqresində müzakirə olunacaq. Əksəriyyət qərarın lehinə səs verərsə, VAR ləğv edilə bilər.
Qeyd edək ki, Norveçdə azarkeşlər videotəkrar sistemindən istifadənin əleyhinədirlər. Etiraz aksiyalarından biri ötən turda "Rusenborq" - "Lillestrom" matçında baş tutub. Matçın başlamasından cəmi iki dəqiqə sonra qazona tennis topları, balıq tortları və sair yad əşyalar atılıb ki, bu da görüşdə fasilələrə, nəhayət, oyunun dayanmasına səbəb olub.
Mirağa