Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçusu (81 kq) Zelim Tçkayev mübarizəyə 1/16 finaldan başlayıb.
O, Fransa idmançısı Umar Alfa Djalo ilə görüşüb və ippon fəndinə məruz qalaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, Paris-2024-ə yollanan 9 cüdoçumuzdan 5-i artıq mübarizəni başa vurub. Hidayət Heydərov (73 kq) isə Olimpiadanın çempionu tituluna yiyələnib.