İdman Arbitraj Məhkəməsi (CAS) Kanadanın qadınlardan ibarət futbol üzrə olimpiya millisinə tətbiq edilən cəzanı təsdiqləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xatırladaq ki, Kanada seçməsinin məşqçiləri Paris-2024 Yay Olimpiya Oyunlarında təşkil edilən futbol turnirinin qrup mərhələsinin 1-ci turunda qarşılaşdıqları Yeni Zelandiyanın məşqini dronla izləmişdilər. Sonradan baş məşqçi postundan uzaqlaşdırılsa da, FİFA sözügedən yığmanın 6 xalını silmişdi. Bu qərarla razılaşmayan kanadalılar CAS-a müraciət etmişdilər.