Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın üç idmançısı və 3x3 basketbol millisi mübarizə aparacaq.
İlk olaraq akademik avarçəkmədə Diana Dımçenko yarışacaq. O, 6-8-ci yerlər uğrunda mübarizəni davam etdirəcək.
Daha sonra cüdoçu Zelim Kotsoyev tatamiyə çıxacaq.
100 kq çəki dərəcəsində yer alan dünya çempionumuz 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Ardınca Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxacaq. Yığmamız Fransa ilə üz-üzə gələcək. Dünən ABŞ üzərində tarixi qələbə qazanan qızlar günün sonunda yenidənoyuna çıxacaq. Rəqib bu dəfə Almaniya millisi olacaq.
Bu gün həmçinin boksçuların mübarizəsi start götürəcək. 92 kq çəkidə yarışan Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.