Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan dünya çempionu 1/4 final mərhələsində Peter Paltçik (İsrail) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kotsoyev yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.