Müqavilə ilə "Fiorentina"ya məxsus olan, son mövsümü icarə əsaında "Mançester Yunayted"də kećirən Sofian Amrabat karyerasını Türkiyə nəhəngində davam etdirə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində "Fənərbağça" maraqlıdır.
Məlumata görə, 27 yaşlı yarımmüdafiəçi "sarı bülbüllər"in formasını geyinmək variantına isti yanaşır.
Qeyd edək ki, Mərakeş millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 30 matça çıxıb.