Argentinalı mütəxəssis Marselo Qalyardo "River Pleyt"in baş məşqçisi vəzifəsinə qayıdır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, 48 yaşlı mütəxəssis Buenos-Ayres təmsilçisi ilə avqustun 5-də, 2025-ci ilin dekabrına qədər - mövsüm yarımlıq müddətə müqavilə imzalayacaq.
Təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrıldıqdan sonra işsiz idi.
Xatırladaq ki, Marselo Qalyardo əvvəllər “River Pleyt”də çalışıb. Onun rəhbərliyi altında "milyonçular" yeddi ölkə, altı qitə kuboku qazanıb, həmçinin 2015-ci ildə Klublararası Dünya Çempionatının finalında oynayıb.
Mirağa