10:12 05.08.2024 600

Yeni mövsüm sürprizsiz başladı – Tura baxış

Ötən  həftənin cümə günü Misli Premyer Liqasının yeni mövsümü start götürdü. Nəticələrə göz atanda turun sürprizsiz başa çatdığını görürük. “Qarabağ” yeni mövsümə darmadağına start verdi ki, bu da gözlənilən idi. “Sumqayıt”la “Zirə” də doğma meydanda qələbəyə sevindi. “Sabah” “Şamaxı” ilə oyunda, “Neftçi” isə “Turan Tovuz”la qarşılaşmada büdrədi ki, hər iki qarşılaşmada qalib müəyyənləşmədi.

“Araz-Naxçıvan” – “Qarabağ” 1:4 
Qollar:
Nuno Rodriges, 86 - Redon Cica, 7. Riçard Almeyda, 9. Hamidu Keyta, 47. Abbas Hüseynov, 88.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 78.

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Çempionlar Liqasına uğurlu start verən “köhlən atlar” “Araz-Naxçıvan”ı çətinlik çəkmədən yendi. Mərdəkanda keçirilən qarşılaşmada azlıqda qalması belə, Ağdam təmsilçisinə problem yaratmadı. "Köhlən atlar" artıq matçın 9-cu dəqiqəsində iki top fərqi ilə qalib gəlirdi. Nisbətən sakitləşən nominal qonaqlar 47-ci dəqiqədə Keytanın qoluyla hesabı daha da artırdı. Bu qoldan sonra uzun müddət hesab dəyişmədi. Hər kəs görüşün “Qarabağ”ın 3:0 üstünlüyü ilə başa çatacağını düşündüyü vaxt “Araz-Naxçıvan” fərqləndi. Nuno Rodriges 86-cı dəqiqədə Şahruddinin səhvindən yararlanaraq fərqi azaltdı. Cəmi iki dəqiqə sonra Abbas Hüseynov üç topluq fərqi bərpa etdi. Beləlikə, görüş “Qarabağ”ın 4:1 hesablı qələbəsiylə yekunlaşdı.

"Neftçi" - "Turan Tovuz" 0:0 

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 99. Ervin Koffi, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 23. Robert Bauer, 11. Kilan Lebon, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk

“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 3. Raul Məmmədov, 20. İbrahim Ramazanov, 11. Ayxan Quseynov
Baş məşqçi: Kurban Berdıyev

Yayda həm “Neftçi”, həm də “Turan Tovuz” baş məşqçisini dəyişmişdi. Birincilər Azərbaycanda yetərincə tanınan Roman Qriqorçuka tapşırılmışdısa, “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev təyin olunub. İki əcnəbi məşqçinin qarşılaşması maraqla gözlənilsə də, meydanda elə də parlaq oyun izləmək mümkün olmadı. Çox güman ki, buna “Neftçi Arena”nın bərbad qazonu da təsir göstərdi. Bu cür qazon üzərində texnikalı və sürətli oyun sərgiləmək çətin məsələdir. Qonaq komanda əsasən müdafiəyə diqqət yetirib, məğlub olmağa çalışsa da, “Neftçi”dən daha çox real qol vəziyyəti yaratdı. Meydan sahibləri isə hücumda o qədər də fəal deyildi. Yalnız oyunun son 2-3 dəqiqəsində “Neftçi” nisbətən fəallaşsa da, qapıya effektiv zərbə vurmaq mümkün olmadı. FİFA referisi Əliyar Ağayevin final fiti 0:0 hesablı heç-heçəni rəsmiləşdirdi.

"Sumqayıt" - "Kəpəz" 2:0 
Qollar:
Səbuhi Abdullazadə, 14. Rəhim Sadıxov, 71.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 23. Cordan Rezabala
Baş məşqçi: Samir Abasov

"Kəpəz": 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yahor Kvalko (k), 28. Redon Mihana, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
Baş məşqçi: Adil Şükürov

UEFA Konfrans Liqasında uğursuzluqla üzləşən “Sumqayıt” “Kəpəz”i məğlub etməklə azarkeşlərinin könlünü almağa çalışacaqdı. Samir Abasovun çalışdırdığı komanda sonda bunu bacardı. Gəncə təmsilçisi yay fasiləsində bir çox aparıcı üzvlərini itirib. Adil Şükürovun işinin bundan sonra da çətin olacağı heç kimdə şübhə doğurmur. Rəqibin zəifləməsindən istifadə edən “Sumqayıt” ilk turda vacib qələbə qazandı. Gənc Səbuhi Abdullazadə artıq 14-cü dəqiqədə gözəl zərbəylə hesabı açdı. Üstünlüyünu qorumağı bacaran meydan sahibləri ikinci hissədə daha bir dəfə “Kəpəz”i meydanın mərkəzinə dəvət etdi. Bu dəfə yayda komandaya qayıdan Rəhim Sadıxov fərqləndi. 2:0 hesablı qələbəyə sevinən “Sumqayıt” aktivinə 3 xal yazdı.

“Sabah” - "Şamaxı" 2:2 
Qollar:
Namik Ələskərov, 16. Xəyal Əliyev, 38  -  Rüfət Abbasov, 44. Belajdi Pusi, 53.

"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 70. Cesse Sekidika (k), 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko
Baş məşqçi: Krunoslav Renduliç

"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov

“Makkabi” ilə oyunda xeyli güc sərf edən “Sabah”ın mövsümə yorğun başlayacağı gözlənilən idi. Ola bilsin ki, məhz elə bu səbəbdən “bayquşlar” “Şamaxı”ya bata bilmədi. Komandanın baş məşqçisi Renduliç də oyundan sonra yorğunluq amilini önə çəkdi. Baxmayaraq ki, ilk hissənin gedişində “Sabah” iki top üstünlüyü ilə önə keçmişdi. Namik Ələsgərovla Xəyal Əliyev “Şamaxı”nı iki dəfə məyus etmişdilər. Amma bu qollar qələbə üçün yetərli olmadı. Fasilə ərəfəsində Rüfət Abbasov fərqi azaltdı. 53-cü dəqiqədə isə Pusi hesabı bərabərləşdirdi. “Sabah”ın yenidən önə keçmək üçün xeyli vaxtı olsa da, bunu həyata keçirmək mümkün olmadı. “Sabah” qələbə qolunu vura bilmədi. Hərəyə iki qol vuran tərəflər bir qolla kifayətləndi.

“Zirə”– “Səbail” 4:1 
Qollar:
Davit Volkov, 12, 27, 45+1. İssa Cibrila, 90+5 -  Buali, 49.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato (k), 90. Davit Volkov, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 17. Şahmar Aşurov, 70. İssa Cibrila, 3. Ange Mutsinzi.
Baş məşqçi: Rəşad Sadıqov.

“Səbail”: 1. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 21. Ayman Bouali, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 7. Madi Queta, 5. Gitay Sofir.
Baş məşqçi: Şahin Diniyev.

UEFA Konfrans Liqasında yoluna uğurla davam edən “Zirə” Premyer Liqaya da əla başladı. Rəşad Sadıqovun komandası “Səbail”i 4:1 hesabıyla məğlub etdi. Ötən mövsümü “Sabah”da heç də yaxşı keçirməyən və yayda ona doğma olan “Zirə”yə qayıdan Davit Volkov ilk 45 dəqiqə ərzində görüşün taleyini həll etdi. Fərdi ustalığını və qol duyumunu işə salan gürcü futbolçu fasiləyə qədər “het-trik”ini rəsmiləşdirdi. “Dənizçilər”in ikinci hissədə bu qolların əvəzini çıxması heç də inandırıcı görünrmürdü. Elə gözlənildiyi kimi də oldu. Buali 49-cu dəqiqədə bir qol vursa da, son dəqiqələrdə Cibrilanın qoluna sevinən qəsəbə təmsilçisi üç top üstünlüyü ilə qələbə qazanmağı bacardı. Görünən odur ki, ötən ilki heyəti qorumağı bacaran Rəşad Sadıqovun komandası bu mövsüm də medallara iddiaçılardan olacaq.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X