"Tottenhem" heyətini yeni hücumçu ilə gücləndirmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, Hotspur klubu "Bornmut"un 26 yaşlı hücumçusu Dominik Solankeni sıralarına cəlb etməyə yaxındır. Mənbə tərəflərin artıq razılığa gəldiklərini, lakin müqaviləsindəki sərbəstqalma məbləği 75 milyon avro olan oyunçunun hansı qiymətə alınacağının bilinmədiyini vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildən "Bornmut"da çıxış edən Solanke ötən mövsüm "gilənarlar"ın forması ilə bütün turnirlərdə 42 matça çıxıb. Bu qarşılaşmalarda 21 qol vuran ön xətt oyunçusu 4 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat