Afrika Futbol Konfederasiyasının sabiq rəhbəri İssa Hayatu vəfat edib.
Fanat.Az "AP News"a istinadən xəbər verir ki, o, həyatla 77 yaşında vidalaşıb.
Qeyd edək ki, Hayatu 1988-2017-ci illər aralığında Afrika Futbol Konfederasiyasına rəhbərlik edib. Kamerunlu funksioner FİFA-nın vitse-prezidenti postunu da tutub.