"Bayern Münhen" 22 yaşlı futbolçusu Brayan Saraqosanı icarəyə verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı Münhen təmsilçisinin mətbuat xidməti yayıb.
O, 2024/2025 mövsümündə İspaniyanın La Liqa təmsilçilərindən olan "Osasuna"da keçirəcək.
Qeyd edək ki, Sözügedən vinger ötən mövsüm 58 oyuna çıxaraq 11 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun "Bayern" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.