Yarımmüdafiəçi Dani Olmo "Leyptsiq"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, ispan futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Gənc klub, gənc oyunçu... Biz böyüdük, ilk kuboklarımızı qazandıq və birlikdə tarix yazdıq. İki kubok və Superkubok mənimlə əbədi qalacaq çoxlu unudulmaz anlardan yalnız bir neçəsidir. Təşəkkür edirəm, "Leyptsiq", sən həmişə mənim qəlbimdə qalacaqsan”.
Dani Olmo "Barselona"ya keçəcək. Kataloniya klubu 26 yaşlı futbolçunun transferini bu günün sonuna qədər açıqlamalıdır.
Mirağa