Parisdə keçirilən Yay Olimpiya Oyunlarında futbol yarışının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 2 qol vuran İspaniya yığması yekunda 5:3 qalib gəlib.
Fransa - İspania 3:5
Qollar: Millot, 11. Akliuçe, 79. Mateta, 90+3 - Lopes, 18; 25. Baena, 28. Kamelyo, 100; 120+1.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.