"Mançester Yunayted" rəhbərliyi komandanın kapitanı Brunu Fernandeşlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın heyətində ən çox maaş alan oyunçuya çevrilib.
O, həftədə 350 min funt-sterlinq qazanacaq.
Fernandeşin "Mançester Yunayted"lə bağladığı müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.