00:03 12.08.2024 313

"Əfsuslar olsun ki, bundan nəsə əldə edə bilmədik"

"Sabah" Misli Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik.

- Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

- "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq.

- Amin Seydiyevin performansı haqda nə düşünürsünüz?Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi düşünürsünüz?

- Hansı səhvləri?

- Mövqe səhvləri...

- Futbol pleysteyşn deyil. Futbolçular oynayır və səhv edirlər. Səhvər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm ki, mükəmməl idi. Mən oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. Altı oyunçumuz səhv edir. Onları dərhal dəyişmək lazımdır? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

- "Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədir? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya yaranıb?

- İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.

- "Sabah"ın sabahını necə görürsünüz?

- Klub gəncdir. Hər il bu klub inkişaf edir. 7 il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Uzun illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orada atmosfer necədir? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? Biz iki il içərisində gördüyümüz işlərlə fəxr etməliyik.

- Suallar veriləndə aqressiv olursunuz. Niyə belədir?

- Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?

- Həmişə növbəti oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

- Sizcə, "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?

- Bizim gələcəklə bağlı məqsədlərimiz ola bilər. Biz də qrupda oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadır?

- Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, iki günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik. Addım-addım düşünürük. (Sportal.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

Facebookdan bizi izləməyi unutmayın.
X