Moskva "Spartak"ının sabiq hücumçusu Keyta Balde karyerasının Türkiyə çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, seneqallı forvard "Sivasspor"la müqavilə bağlayıb.
Məlumatı klubun rəsmi saytı yayıb. Son mövsümü icarə əsasında "Espanyol"da keçirən 29 yaşlı futbolçu 2 illik anlaşmaya imza atıb.
Xatırladaq ki, Keytanın "Spartak"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulsa da, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib və sözügedən oyunçu "Sivasspor"a azad agent qismində qoşulub.
Nihat