"Nitsa"nın yarımmüdafiəçisi Jeremi Boqa karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Canluka Di Martsio yayıb.
Xəbərə görə, 27 yaşlı futbolçunun xidmətində "Roma" maraqlıdır. Mənbə Boqanın təmsilçisinin bu gün "Canavarlar"ın nümayəndələri ilə danışıqlara başladığını vurğulayıb.
Qeyd edək ki, Jeremi ötən mövsüm Liqa 1-də 28 matça çıxaraq 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə İtaliyada "Sassuolo" və "Atalanta"nın formasını geyinib.
Nihat