"Barselona"nın gənc ulduzu Lamin Yamalın atası Munir Nasraui İspaniyanın Rokafonda şəhərindəki Frank Marşall küçəsində dayanacaqda bıçaqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun atası ağır yaralanıb və Badalonadakı Can Ruti xəstəxanasına yerləşdirilib.
Hadisə ötən gecə qeydə alınıb. Yerli polisin istintaq idarəsi işi nəzarətə götürüb və hücumda şübhəli bilinən bir neçə nəfəri həbs edib. Cinayətin şahidləri də tapılıb.
Kataloniya qəzetinin istinad etdiyi mənbələr tanınmış futbolçunun atası, onun iştirakı ilə bir az əvvəl baş verən başqa bir qarşıdurmanın nəticəsi olaraq bıçaqlanıb. Belə ki, o, həmin gün axşam saatlarında Rokafonda məhəlləsində itini gəzdirdiyi zaman qınağa tuş gəlib. Belədə orada dava olub. Bir neçə saat sonra bəzi şəxslər Nasrauiyə yaxınlaşaraq onu bıçaqlayıblar.
Mirağa