Bu ilin mayında "Çelsi"nin baş məşqçi postunu tərk edən Maurisio Poçettino milli komandanı çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Atletic"in jurnalisti və insayderi Devid Ornşteyn yayıb.
Xəbərə görə, o, ABŞ yığmasının "sükanı arxası"na keçməyə hazırdır.
Xatırladaq ki, daha öncə "Espanyol", "Sauthempton", "Tottenhem" və PSJ-nin də baş məşqçisi olmuş Poçettino heç vaxt milli komandaya rəhbərlik etməyib.
Nihat