Almaniyanın "Maynts 05" klubunun futbolçusu Brayan Qruda karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 20 yaşlı hücumçu "Brayton"a transfer olunub.
Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Almaniyanın U-21 millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. "Brayton" bu keçid üçün qarşı tərəfə 25 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, Qruda ötən mövsüm "Maynts 05"in heyətində 28 oyuna çıxaraq 4 qol vurub. O, Almaniyanın U-21 yığmasında 7 matçda 1 qolla yadda qalıb.