Ronaldinyonun oğlu Joau Mendeş İngiltərənin "Börnli" klubu ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun saytı yayıb.
19 yaşlı oyunçu Çempionşip təmsilçisi ilə müddəti 2026-cı ilə qədər olan müqavilə bağlayıb.
2023-cü ildə "Barselona"ya qoşulan və çıxdığı 9 oyunda məhsuldar göstəricilərlə yadda qalmayan Mendeşin azad agent "Börnli"də əsas heyətə düşməyi hədəflədiyi vurğulanıb.
Xatırladaq ki, Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, 2004 və 2005-ci illərdə FİFA tərəfindən dünyanın ən yaxşı oyunçusu elan edilib.
Nihat