İsveçrə millisinin sabiq lideri, yarımmüdafiəçi Cerdan Şakiri Amerikanın "Çikaqo Fayr" klubunu tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı Şakiri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Cerdan Şakiri 2022-ci ilin fevralından “ Çikaqo Fayr”da çıxış edirdi. O, bu komandanın heyətində 75 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.
Mirağa